Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Okeanda plastik tullantıların miqdarının 10 dəfə çox olduğu müəyyənləşib

Atlantik okeanının yuxarı qatlarında (0 ilə 200 metr arasında) 12-21 milyon ton arası plastik tullantı üzür. Bu, əvvəlki hesablamadan 10 dəfə çoxdur.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Okeanologiya Mərkəzinin “Nature Communications” jurnalında dərc edilən məqaləsində deyilir.

Məqalədə qeyd olunub ki, plastik tullantının hesab ediləndən 10 dəfə çox olmasına səbəb keçmişdə alimlərin böyük dərinlikdə “görünməz” mikroplastik maddələri axtarmamağı olub.

“Bu kimi ilk hesablamaları Atlantik okeanı boyu aparmışıq: Britaniya sahillərindən başlayaraq Folklend adalarınadək”, - araşdırmanın həmmüəllifi Yekaterina Pobortseva qeyd edib.

Məlumata görə, hər il dünyada 300 milyon ton plastik tullantı poliqon və tullantı sularına atılır. Torpaq mikrobları onların əksəriyyətini çürüdə bilmədiyinə görə bu tullantı on illər, hətta yüz illər boyu, demək olar ki, toxunulmaz vəziyyətdə qalır.

Bildirilib ki, mikroplastik tullantılar okeanda çox qalmır: onları dəniz heyvanları yeyir. Bu səbəbdən insan hər il ortalama 40 mindən 60 minədək mikroplastik maddə udur.

Xatırladaq ki, ötən ay Sakit okeanda tarixin ən böyük təmizlik işi görülüb. Kaliforniya və Havay adalarının sahillərində 48 gün keçirən ekoloqlar 103 ton plastik tullantı və balıq toru yığışdırıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır