Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-24,
Seanews
Heyder Eliyev

Korvet 28 düyün, patrul gəmisi isə 30 düyün sürətlə hərəkət edir

Qətər Hərbi Dəniz Qüvvələrinə “Al Zubarah” hava hücumundan müdafiə korveti və “Musherib” dəniz patrul gəmisi təhvil verilib.

Mərasimdə Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani də iştirak edib.

İtaliyanın “Fincantieri” şirkəti tərəfindən inşa edilən korvetin uzunluğu 107 metr, eni 14,70 metr, yükgötürmə qabiliyyəti 3250 tondur. “Doha” sinfinə məxsus  korvetlər 28 düyün  sürətlə hərəkət edir.

Korvetlər “Leonardo” tərəfindən hazırlanmış 76 mm-lik əsas silah və iki “Marlins” 30 mm-lik uzaq silah stansiyası ilə təchiz edilir.

“Musherib” sinif dəniz patrul gəmilərinin isə uzunluğu 63,8 metr, eni 9,2 metr, maksimal sürəti 30 düyündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır