Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Yaşıl ammonyakla işləyən ilk gəmi inşa edilir

Amerikanın “Amogy Inc.” şirkəti  “CERAWeek 2023” sərgisində caril ilin sonunda sıfır emissiyalı ammonyakla işləyən yedək gəmisini təqdim etmək fikrindədir.

“Seanews.az” xəbər verir ki, “Amogy” hazırda 1957-ci ildə tikilmiş yedək gəmisini təkmilləşdirir. O, 2023-cü ilin yanvarında şirkətin təqdim etdiyi yük traktorundan üç dəfə çox olan 1 meqavatlıq sistemlə təchiz ediləcək.

"Biz ammonyakla işləyən ilk gəmini təqdim edəcəyimizdən böyük qürur duyuruq. Ammonyak gəmiçilik sənayesi üçün gələcəyin sıfır emissiyalı yanacağı olacaq. Ammonyakla işləyən pilotsuz uçan aparatımız, traktorumuz və treylerlərimizin uğurlu nümayişindən sonra biz 2023-cü ildə ammonyakla işləyən ilk gəmini təqdim etməyi səbirsizliklə gözləyirik”, - deyə “Amogy” şirkətinin baş direktoru Sunhun Vu bildirib.

Bu günə qədər “Amogy” şirkəti strateji investorlar “Amazon”, “Saudi Aramco”, “SK Innovation”, “AP Ventures” və “DCVC”-dən 70 milyon dollar vəsait toplayıb. “Amogy” yedək gəmisini sınaq üçün 2023-cü ilin sonunda Nyu-Yorkun yuxarı əyalətindəki daxili su yollarına göndərmək niyyətindədir.

Yenilikçi yedək gəmisinin yanacaq təchizatçısı dünyanın ən böyük ammonyak istehsalçılarından “Yara Clean Ammonia” (“YCA”) olacaq.

"Biz “Amogy” yedəkləmə layihəsinin bir hissəsi olmaqdan və dünyanın ilk ammonyakla işləyən gəmisi üçün yanacaq kimi yaşıl ammonyak tədarük etməkdən məmnunuq. “Yara Clean Ammonia” dünyanın ilk ammonyak bunker şəbəkəsini Skandinaviyada istifadəyə verməyi planlaşdırır”, - deyə “YCA”-nın prezidenti Maqnus Ankarstrand bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır