Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Səudiyyə Ərəbistanı “IMO CARES” layihəsini maliyyələşdirəcək

Səudiyyə Ərəbistanı Beynəlxalq Dəniz Təşkilatının “IMO CARES” layihəsini maliyyələşdirəcək.

IMO-nun mətbuat xidmətinin məlumatında belə deyilir.

“IMO CARES” ölkələrin birgə fəaliyyəti ilə gəmiçilikdən emissiyaların azaldılmasına yönəlmiş beynəlxalq layihədir. Səudiyyə Ərəbistanı proqramın birinci ilində IMO-ya 1,1 milyon dollar ödəyəcək. Layihədə inkişaf etməkdə olan ölkələrə və tədqiqat, təkmilləşdirmə və məlumat mübadiləsi yolu ilə problemin həlli yolunun axtarışına xüsusi diqqət yetirilir.

Qərargahı Londonda yerləşən Beynəlxalq Dəniz Təşkilatı (IMO) Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumudur. IMO-nun əsas vəzifəsi naviqasiyanın təhlükəsizliyini və etibarlığını təmin etmək, habelə gəmilər tərəfindən dəniz mühitinin çirklənməsinin qarşısını almaqdır.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır