Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Koreya Gəmiləri Registri və “Microsoft” gəmiçilik sənayesinin rəqəmsal transformasiyası üzərində birgə çalışacaqlar

Koreya Gəmiləri Registri (KR) və “Microsoft”-un Cənubi Koreyadakı şirkəti gəmiqayırma və dəniz sənayesinin rəqəmsal transformasiyası üzərində işləmək üçün müqavilə imzalayıblar.

Koreya Gəmiləri Registri təsnifat cəmiyyətinin məlumatında belə deyilir.

Şirkətlərin layihə üzərində çalışacaq birgə işçi qrupu yaradacaqları vurğulanır. Eyni zamanda, əsas diqqət bulud hesablamalarının transformasiyası, süni intellekt texnologiyalarının inkişafına və “Microsoft Azure” əsasında “Digital Workplace” platformasının yenilənməsinə yönəldiləcək.

KR tərəfdaşlıq nəticəsində öz müştərilərinə süni intellektdən istifadə edərək gəmilər və avadanlıqlar üçün rəqəmsal yoxlama xidmətləri göstərə biləcəyinə ümid edir.

Koreya Gəmiləri Registri 1960-cı ildə dənizdə həyatın, əmlakın təhlükəsizliyini və dəniz mühitinin mühafizəsini təmin etmək üçün yaradılmışdır. Baş ofisi Pusanda (Cənubi Koreya) yerləşən Koreya Gəmiləri Registri 80 ölkədə məcburi və sertifikatlaşdırma xidmətlərini yerinə yetirmək səlahiyyətinə malikdir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır