Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Sianukvil limanında mobil kranlar quraşdırılacaq

Kambocanın Sianukvil avtonom  limanı (PAS) 2023-cü ilin birinci rübündə iki altıncı nəsil “Konecranes Gottwald” elektro-hidravlik portal kranın tikintisini sifariş verib.

“Seanews.az”-ın məlumatına görə, bu, Kamboca tarixində mobil liman kranları üçün ilk sifarişdir. Avadanlıqlar 2023-cü ilin dördüncü rübündə limana gətiriləcək.

PAS limanı Kamboca hökumətinə məxsusdur. Sianukvil limanı ölkənin yeganə dərin su limanı kimi milli iqtisadiyyatda mühüm rol oynayır. PAS yük axınının artması ilə əlaqədar infrastruktura mobil liman kranlarını əlavə etmək qərarına gəlib. Bu modelin seçilməsi liman administrasiyasının istismar xərclərini azaltmaqla yanaşı, emissiyaları azaltmaq istəyi ilə izah olunur.

Kranın yük qaldırma qabiliyyəti 125 tondur. Kran “Panamax” ölçülü teploxodlarda və konteyner gəmilərində yük əməliyyatı həyata keçirə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır