Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“Wartsila” şirkəti “Hafnia”nın 10 tankerini avadanlıqla təmin edəcək

Finlandiyanın “Wartsila” şirkəti tanker donanmasının operatoru “Hafnia” (Sinqapur) şirkətinə məxsus on “Bird” sinifli neft və kimyəvi tankerləri “EnergoFlow” və “EnergoProFin” sistemləri ilə təmin edəcək.

“Seanews.az” xəbər verir ki, Finlandiya şirkətinin bəyanatında belə deyilir.

“Wartsila” şirkəti tankerlərin avadanlıqlarının tədarükünə 2024-cü ildə başlayacaq. 10 gəminin modernləşdirilməsi layihəsinin özü iki il ərzində həyata keçiriləcək.

Qərargahı Helsinkidə yerləşən “Wartsila Corporation” şirkəti gəmiçilik, neft, elektrik və digər sahələr üçün mühərriklərin və sistemlərin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmışdır. 2020-ci ildə “Wartsila”-nın ümumi gəliri 4,6 milyard avro təşkil edib. Təxminən 18 min işçisi olan şirkətin 70-dən çox ölkədə 200 nümayəndəliyi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır