Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

“MOL”-un daha bir gəmisi sərt yelkən sistemi ilə təchiz olunacaq

Yaponiyanın “Mitsui O.S.K. Lines” (“MOL”) gəmiçilik şirkəti “Electric Power Development” (“J-Power”) ilə istismarda olan “Kurotakisan Maru-3” balkerini təkmilləşdirmək və gəmini “Wind Challenger” teleskopik sərt yelkən sistemi ilə təchiz etmək üçün müqavilə bağlayıb.

“Seanews.az” xəbər verir ki, gəmi üzərində işlərin 2025-ci ilin ikinci yarısında görüləcəyi bildirilir.

Balker “J-Power” şirkətinin elektrik stansiyaları üçün kömür daşıyacaq.

Qeyd olunur ki, “Wind Challenger” külək turbininin modernləşdirilməsi və quraşdırılması ilk dəfə olaraq artıq işləyən gəmidə həyata keçiriləcək. Gəmi sahibi, “Wind Challenger”-in sərt yelkəninin adi yük daşıyıcısı ilə müqayisədə Yaponiya-Avstraliya səfərində istixana qazı (İQ) emissiyalarını təxminən 5%, Yaponiya-ABŞ Qərb sahili səfərində isə 8% azaldacağına ümid bəsləyir.

Xatırladaq ki, ilk kömür tankeri “MOL Shofu Maru” belə sistemlə 2022-ci ilin oktyabrında təchiz edilib. 2024-cü il may ayının ortalarına qədər sistem uzun marşrutlarda bir neçə səfərdə sınaqdan keçirilib.

“Wind Challenger” sistemi “MOL” və “Oshima Shipbuilding” ilə birgə hazırlanıb.

“Kurotakisan Maru-3” gəmisinin uzunluğu  234,96 metr, eni  38 metr, dedveyti  89,999 tondur. “Oshima Shipbuilding” tərsanəsində 2 dekabr 2021-ci ildə istismara verilən balker Panama Respublikasının bayrağı altında qeydiyyatdan keçib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır