Çində alternativ yanacaqla işləyən yeni gəmilərə üstünlük veriləcək
Çin yerli gəmi sahiblərinin kabotaj və çay gəmiləri donanmasının yenilənməsini stimullaşdırmaq üçün tədbirlər görür.
“Seanews.az” xəbər verir ki, bu ay açıqlanan yeni təkrar emal siyasətinə əsasən, uyğun köhnə gəmilər tonu 140 dollara doğranmaya göndərilə bilər.
Bu halda alternativ yanacaqla işləyən yeni gəmilərin alınmasının subsidiyalaşdırılmasına üstünlük veriləcək.
Subsidiyalar 2028-ci ilin sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, Çində digər sahələrdə yenilənməni təşviq etmək üçün də oxşar subsidiyalar verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır