Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

Avstraliyanın 45 milyard dollarlıq Hind-Sakit okean sərmayəsi sualtı qayıqlarla gücləndirilir

Avstraliya 2024-2029-cu illərdə 45 milyard dollardan çox investisiya ilə müdafiə imkanlarını genişləndirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, “Global Data” tərəfindən dərc edilən “Avstraliya Müdafiə Bazarı 2024-2029” hesabatına görə, Hind-Sakit okean regionunda artan təhlükəsizlik təhdidlərinin qarşısının alınması zərurəti səbəbindən ölkənin müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artması nəzərə çarpır.

Avstraliyanın müdafiə strategiyasının mərkəzində 2021-ci ilin sentyabrında ABŞ və Böyük Britaniya ilə imzalanmış üçtərəfli təhlükəsizlik paktı “AUKUS” dayanır.

Avstraliyanın “AUKUS” çərçivəsində nüvə enerjisi ilə işləyən sualtı qayıqların inkişafına 21,6 milyard dollar sərmayə qoyacağı bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır