Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-07,
Seanews
Heyder Eliyev

ABS rəhbəri: “Gəmiçilik beşinci sənaye inqilabına keçid edir”

Süni intellekt (AI) gəmiçiliyi təhlükəsizlik və səmərəlilik baxımından tamamilə dəyişdirəcək. 

Seanews.az xəbər verir ki, bunu Sinqapur Milli Universitetinin Dəniz Texnologiyası və İdarəetmə üzrə magistr proqramındakı mühazirə zamanı ABS-in (American Bureau of Shipping) İdarə Heyəti sədri və baş direktoru Kristofer C.Viernicki bildirib.

O, mühazirəsində texnologiyanın yüksək sürətlə inkişaf etdiyi bu dövrdə insan amilinin də əhəmiyyətinin artdığını qeyd edib. 

Viernicki bildirib ki, “Maritime 5.0” adlandırılan yeni dövrün əsasını süni intellektin davamlı genişlənən imkanları təşkil edir və bu imkanlar gəmiçiliyin təhlükəsizliyini və səmərəliliyini artırır. 

Gəmiçilik sənayesini mürəkkəb sistemlərin bir-birinə bağlı olduğu nəhəng bir şəbəkə adlandıran ABS sədri təchizat zəncirinin hər hansı bir hissəsində yaranan çətinliyin bütün şəbəkəyə təsir göstərdiyini vurğulayıb.

Gəmiçilik hazırda “yaşıl” və rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər əsasında yeni bir sənaye inqilabı mərhələsinə qədəm qoyur. Viernicki gələcəkdə təhlükəsizliyin sadəcə qəzalardan qaçmaq deyil, həm də kibertəhlükəsizlik və etibarlılıqla eyni səviyyədə qiymətləndiriləcəyini vurğulayıb.

O əlavə edib ki, bu dövr üçün doğru yanaşmanı seçmək mühümdür. Bu yanaşma texnoloji, iqtisadi və sosial məsuliyyətin uyğunlaşdığı bir modelə əsaslanmalı və milli iqtisadi, enerji və təhlükəsizlik strategiyalarının birləşməsindən yaranmalıdır. Bu doğru yanaşma ilə “Maritime 5.0” dövrünə hazır olmaq mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır