Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Yaponiyada metanol yanacağı ilə işləyəcək ilk “Ultramax” balkeri suya buraxılıb

Yaponiyanın gəmiqayırma şirkəti “Tsuneishi Shipbuilding” (Fukuyama) 22 noyabr 2024-cü ildə metanolla işləyən iki yanacaqlı mühərriklərə malik dünyanın ilk “Ultramax” balkerini suya buraxıb.

Şirkətin mətbuat xidmətinin məlumatına görə, “Tess66 Aeroline” adlı yükdaşıyıcının dedveyti 65,7 min ton təşkil edir.

Gəminin sifarişçiyə təhvil verilməsi 2025-ci ilin yazına planlaşdırılır.

Qeyd edək ki, 1917-ci ildə əsası qoyulmuş “Tsuneishi Shipbuilding Co.” quru yük gəmilərinin, konteynerdaşıyanların, müxtəlif tipli tankerlərin tikintisi və təmiri üzrə ixtisaslaşmışdır. Əsas fəaliyyəti gəmiqayırma və dəniz nəqliyyatı ilə bağlı olan “Tsuneishi” qrupunun aparıcı şirkətidir. Yaponiyada (“Tsuneishi” gəmiqayırma zavodu və baş ofisi Fukuyama), Filippində və Çində gəmiqayırma müəssisələri var.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır