Çində dünyanın ən böyük üzən külək turbini inşa edilib
Çində 20 MVt gücündə dünyanın ən güclü üzən külək turbini “Qihang” tikilib.
“Seanews.az” xəbər verir ki, layihə “CRRC” dövlət şirkəti tərəfindən hazırlanıb. Qurğu ildə təxminən 25 min ton kömürə qənaət edəcək və karbon qazı emissiyasını 62 min ton azaldacaq.
"Qihang" 2024-cü ilin oktyabrında Jiangsu əyalətindəki zavodda hazırlanıb və sonra sınaq üçün Quanli limanına gətirilib. Generatorun Şandunqdakı sınaq bazasında quraşdırılması 2025-ci il yanvarın 11-də başa çatıb. Daşıma üçün özüyeriyən modul platformadan istifadə edilmişdir.
Sınaq və sertifikatlaşdırma başa çatdıqdan sonra külək turbininin elektrik şəbəkəsinə qoşulması üçün açıq dənizdə quraşdırılması planlaşdırılır.
“Hi-Tech+”-in yazdığına görə, üzən platforma hətta dalğalı dənizlərdə də vibrasiyanı minimuma endirir.