Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

A-da elektron sənəd dövriyyəsi sistemi tətbiq edilə

Kargüzarlığın yeni idarəetmə üsulları əsasında modernləşdirilməsi və informasiya təhlükəsizliyinin təmini məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müvafiq əmrinə əsasən, Cəmiyyətdə elektron sənəd dövriyyəsi (ESD) sisteminin tətbiqi ilə əlaqədar hazırlıq işləri başlanılıb və proqram təminatının satınalınması üçün müvafiq müqavilə bağlanılıb. Bununla əlaqədar,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnaməsini rəhbər tutaraq, ESD-nin tətbiqi mərhələsində və sonrakı dövrlərdə tələb olunan məlumatların təmini, təlimlərin təşkili, ESD sistemi üzrə inzibatçılıq işlərinin həvalə olunması, sənədləşmənin vahid qayda və prosedurlar əsasında aparılması, istismar dövründə yaranan problemlərin operativ aradan qaldırılması və digər zəruri tədbirlərin görülməsi məqsədilə Cəmiyyətin idarəetmə aparatında və tabeliyində olan qurumlarda ESD-nin tətbiqi ilə əlaqədar istifadəçilərə praktiki və metodoloji köməkliyin göstərilməsi və ortaya çıxan problemlərin operativ həlli üçün dəstək qrupu yaradılıb. Dəstək qrupuna istifadəçilər üçün təlimlərin təşkili tapşırılıb. Akademiya üzrə dəstək qrupuna məsul şəxs İcraya nəzarət və kargüzarlıq şöbəsinin müdiri M.Nurkişiyeva təyin edilib. Şirkətdaxili elektron sənəd dövriyyəsi sisteminin tətbiqi ilə əlaqədar “AXDG” QSC-nin struktur idarələrinin əməkdaşlarına təlimlər keçirilir. Noyabrın 3-dən sözügedən təlimlərin Akademiyada da keçirilməsinə başlanılıb.  Təlimlərdə iştirak edən ADDA əməkdaşları kateqoriya üzrə (rəhbər işçilər-rektor və prorektor, şöbə və xidmət rəisləri və onların müavinləri, kargüzarlar, icraçılar) bölünüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır