İlk kosmik əsaslı gəmi avtomatik identifikasiya sistemi yaradılacaq
Fransa və Hindistan ticarət gəmilərini real vaxt rejimində izləmək üçün dünyanın ilk kosmik əsaslı avtomatik identifikasiya sistemini yaratmaq üçün bir araya gəlir.
"Seanews.az" xəbər verir ki, Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin prezidenti Jan-İv Le Qall və Hindistan Kosmik Tədqiqatlar Təşkilatının prezidenti KSvian gəmi izləmə layihəsi üçün peyklərin hazırlanması və istehsalı ilə bağlı müqavilə imzalayıblar.
Müqaviləyə əsasən, layihə geniş bir sahəni əhatə edəcək. Sistem eyni zamanda yağ və yanacaq sızmalarını da aşkarlaya biləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır