Çinin insansız döyüş gəmisi hazırdır
JARI adlı gəmi ABŞ-ın “Arleigh Burke” esminesinin avtonom kiçik qardaşı hesab edilən gəmi ilə eyni funksiyalara sahib olacaq.
20 ton ağırlığa sahib gəminin uzunluğu 15 metrdir. Bu, ona eyni funksiyalara malik, XAO-nun pilotlu “Type-55” esminesinin ehtiyac duyduğundan daha dar bir ərazidə manevr imkanı verir.
JARI elektro-optik sensorlar, radarlar, 8 ədəd kiçik vertikal atış sistem hücrəsi, torpedo atıcılar və ön tərəfdən quraşdırılmış pulemyotla silahlandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır