Limançıların yük konteynerlərindən yaratdıqları loqo Ginnesin “Rekordlar kitabı”na düşüb
Xəlifə limanı yük konteynerlərindən yaratdığı loqoya görə Ginnesin “Rekordlar kitabı”na daxil edilib.
“Seanews.az”-ın məlumatına görə, limançılar 676 konteynerdən “AD Ports Group” loqosunu yığıblar. Loqonun ümumi uzunluğu 1000 metr, eni isə 174 metr olub.
“Bu rekord Sinqapurun “Tanjong Pagar Terminal” konteyner terminalının 2017-ci ildəki rekordunu təxminən iki dəfə üstələyir. Həmin vaxt loqonun yaradılması üçün 359 konteynerdən istifadə edilmişdi”, - Xəlifə limanının açıqlamasında bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır