Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Xaçmazda ASCO-nun dəstəyi ilə tikilən stadionlar üzrə işlər uğurla davam edir

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnfrastruktur üzrə direktoru Fuad Cəfərov, Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev, "Səbail" Futbol Klubunun Müşahidə Şurasının (MŞ) sədri Əbdülqəni Nurməmmədov və MŞ-nın üzvü İxtiyar Asyabi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə Xaçmazda inşa edilən stadionlara baş çəkiblər.

Burada qonaqlara stadionların tikintisinin gedişatı ilə bağlı məlumat verilib, işlərin vaxtında başa çatdırılacağı bildirilib.

Səfər çərçivəsində AFFA, FİF və "Səbail" FK-nın nümayəndələri Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə də görüşüblər. Görüş zamanı İcra Hakimiyyətinin başçısına Klub və FİF-in fəaliyyəti, həmçinin ASCO-nun dəstəyi ilə Xaçmazda görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, Xaçmazda müasir tələblərə uyğun tikilən stadionlar "Səbail” PFK-nın Akademiyasının təlim-məşq bazasının yaradılmasına, uşaq futbolunun inkişafına xidmət edəcək. Bu bazadan müxtəlif yaş qruplarından ibarət Azərbaycan milli komandaları da təmənnasız yararlana biləcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır