Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“Karib dənizinin quldurları” filmindəki ada satışa çıxarılıb

“Karib dənizinin quldurları” filmində görünən Baham adasının ekzotik Litl Payp Key adası 100 milyon dollara satışa çıxarılıb.

"Oxu.az" xəbər verir ki, ada Eksum arxipelaqının 365 adasından biridir.

Ekzotik ada 16 hektar ərazidə yerləşir. Burada 11 yataq və 12 vanna otağı olan dörd qonaq evi fəaliyyət göstərir. Onlardan ən böyüyündə hovuz, idman zalı və spa var.

Adanın qonaqları həmçinin superyaxtaları qəbul edə bilən vertolyot meydançası və dərin dəniz estakadasından istifadə edə bilərlər.

Bildirilir ki, ada ilkin təbii halını qoruyub, bir çox ekzotik bitki və canlı təbiət nümunələrinə ev sahibliyi edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır