Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-20,
Seanews
Heyder Eliyev

BMT: Okeanlarda su səviyyəsinin artım tempi rekord həddə çatıb

BMT qlobal istiləşmənin okean və dəniz kənarında yaşayanlara mümkün dağıdıcı təsirləri barədə xəbərdarlıq edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 8 iyun – Dünya Okean Günü ərəfəsində açıqladığı məlumatına görə, 2022-ci ildə qlobal istiləşmə sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,15 dərəcə artıb və son səkkiz il müşahidələr tarixinin ən isti dövrü kimi qeydə alınıb.

Qlobal istiləşmə nəticəsində buz təbəqələrinin əriməsi okean və dənizlərdə su səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir. ÜMT-nin hesabatında deyilir ki, ötən il dəniz səviyyəsinin artım tempi son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Bu göstərici 1993-2002-ci illər ərzində orta hesabla ildə 2,27 millimetr, 2003-2012-ci illərdə 3,3 millimetr, 2013-2022-ci illərdə isə 4,62 millimetr təşkil edib. Buna insan fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazının artması səbəb olub.

Beləliklə, müşahidələrin aparıldığı son 30 ilin üçüncü on ilində dəniz səviyyəsinin artım tempi ilk on illə müqayisədə iki dəfə çoxdur. Hazırkı temp davam etsə, 2100-cü ilədək okeanlarda suyun ümumi səviyyəsinin 1-1,6 metr arasında yüksələcəyi ehtimal edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır