Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-15,
Seanews
Heyder Eliyev

Misir Xurqadasında suyun altında muzey yaradılır

Qırmızı dəniz əyalətinin qubernatoru, general-mayor Əmr Hənəfi suyun altında ilk muzeyin yaradılması planlarını açıqlayıb. Muzey turistlərə Xurqadada diving və snorkeling üçün üç alternativ yer təklif edəcək və Qırmızı dənizin ətraf mühiti və Qoruqlar Nazirliyi ilə əməkdaşlığa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, o, həmçinin özündə iki məqsədi birləşdirəcək - turistəlrin təhlükəsizliyini təmin edərək, onları əyləndirmək və Qırmızı dənizin təbii mərcan riflərini qoruyub saxlamaq.

“Qırmızı dəniz əyaləti sahillərinin yaxınlığında yerləşən muzey yeni mərcan riflərinin yaradılması, eləcə də tarixin cazibəsini və təbiətin gözəlliyini birləşdirən unudulmaz təəssüratlar üçün nəzərdə tutulub”, - deyə kurort əyalətinin başçısı bildirib.

Xüsusilə bu məqsədlə suyun altına yerləşdirilən nəqliyyat vasitələri turistləri cəlb edən yeni görməli yerlər olacaq. Misir məmurları vəd edirlər ki, muzeydə turistlər gizlədilmiş xəzinə və dəniz canlılarını aşkar edə bilərlər. Muzeyin açılışı artıq gələn cümə axşamına planlaşdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır