Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

Çiyələyə bənzər 20 qollu yeni növ dəniz canlısı kəşf edilib

Antarktida sahillərində 20 qolu və çiyələyə bənzər forması olan yeni növ dəniz canlısı aşkar olunub. “Promachocrinus fragarius” adlı dəniz canlısının okeanın təxminən 1981 metr dərinliklərində yaşadığı bildirilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, dəniz zanbağı növü olan “Promachocrinus fragarius”un 20-yə yaxın budağı var, rəngi bənövşəyi və tünd qırmızı arasında dəyişir.

Yeni kəşf edilən dəniz canlısının altındakı qollar kobud və zolaqlı, yuxarıdakılar isə tüklüdür.

Qeyd edək ki, araşdırmanın təfərrüatları “Onurğasızların sistematikası” jurnalında dərc olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır