Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-20,
Seanews
Heyder Eliyev

İtaliyadakı “ağıllı ada” Aralıq dənizindəki kiçik adalara nümunə göstərilir

İtaliyanın Toskana regionunun qərbində yerləşən Kapraya adası elektrik enerjisi tələbatını bütövlükdə bərpaolunan enerji mənbələrindən təmin edir. Adada müxtəlif sahələrdə “ağıllı kənd təsərrüfatı” layihələri də reallaşdırılır.

AZƏRTAC xəbər verir ki, 2017-ci ildə başlanan “ağıllı ada” layihəsi çərçivəsində indiyədək buraya 500-dən çox mütəxəssis səfər edib. Materikdən 30 kilometr uzaqlıqda yerləşən Kapraya adasında həyata keçirilən enerji səmərəli layihələr çərçivəsində sakinlər elektrik enerjisini bərpaolunan enerji mənbələrindən istehsal edir. Adadakı müxtəlif binalarda və fərdi evlərdə günəş panelləri quraşdırılıb. Həmçinin dəniz dalğalardan enerji əldə etmək üçün araşdırmalar aparılır.

Adada fərdi istifadədə və kənd təsərrüfatında yağış suyundan istifadə olunur. Florensiya Universitetinin maliyyələşdirdiyi və reallaşdırdığı layihə çərçivəsində adada yerləşən ümumi tutumu 126 min kubmetr olan iki su hövzəsi bərpa olunub və hazırda yağış suyunun saxlanması üçün istifadə edilir. Burada dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı kimi layihələr də reallaşdırılıb və bəzi evlərdə həmin sudan istifadə olunur.

Ümumilikdə 107 hektar ərazi orqanik əkinçilik üçün istifadə edilir. Əldə olunan kənd təsərrüfatı məhsulları ada əhalisinin qida tələbatını tam ödəyir. Kənd təsərrüfatında çıxan tullantılar isə müxtəlif üsullarla gübrəyə çevrilir.

Balıqçılıq isə ada əhalisi xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə layihələrin həyata keçirilməsi və davamlılığı üçün kooperativ yaradılıb.

“Ağıllı ada” layihəsi Avropa Komissiyası tərəfindən mükafata layiq görülüb və bu baxımdan Aralıq dənizindəki digər kiçik adalara nümunə kimi göstərilir.

Qeyd edək ki, 1986-cı ilədək açıq həbsxana kimi istifadə edilən ada həmin ildən sonra ziyarətçilər üçün açılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır