Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Azərbaycan Premyer Liqası: “Səbail” “Qarabağ”a qalib gəlib

Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

“Report”un məlumatına görə, turun son oyununda çempion “Qarabağ” meydana çıxıb.

Ağdam təmsilçisi “ASCO Arena”da “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar. 3-cü dəqiqədə Hamidu Keyta fərqlənib. Lakin meydan sahibləri fasiləyə qədər vəziyyəti xeyirlərinə dəyişə biliblər. 17-ci dəqiqədə penaltidən “status-kvo”nu bərpa edən Aleksandr Ramalinqom 42-ci dəqiqədə dubla imza atıb.

İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, komandalar əllərinə düşən imkanlardan yararlana bilməyiblər. Nəticədə güclü rəqibini 2:1 hesabı ilə məğlub edən “Səbail” ardıcıl ikinci qalibiyyətini əldə edib. Beş turdan sonra hər iki komandanın hesabında 7 xal var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır