Premyer Liqa: "Səbail" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında "Səbail" "Araz-Naxçıvan"ı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Pedro Nuno penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "dənizçilər" 2-ci pilləyə yüksəlib. Naxçıvan klubu 10 xalla beşincidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır