Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Dənizçilərin III spartakiadasına yekun vurulub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasının 10 illiyi münasibətilə dənizçilərin III spartakiadası keçirilib. Üç gün davam edən spartakiada ərzində idmanın 7 növü üzrə yarışlar təşkil olunub.

Spartakiadanın ilk günündə şahmat və stolüstü tennis həvəskarları mübarizə aparıblar.

Şahmat yarışının birincisi Xəzər Dəniz Neft Donanması, ikincisi “Bibiheybət” Gəmi Təmiri Zavodu, üçüncüsü “Zığ” Gəmi Təmiri  və Tikintisi Zavodu olub. Tennis turnirində birinci yeri Xəzər Dəniz Neft Donanması, ikinci yeri “Zığ” Gəmi Təmiri  və Tikintisi Zavodu, üçüncü yeri “Bibiheybət” Gəmi Təmiri Zavodu əldə edib.

Spartakiadanın ikinci günündə dənizçilər nərd, futbol və kəndirdartma yarışlarında qüvvələrini sınayıblar.

Nərd yarışının birincisi ASCO (Aparat), ikincisi Xəzər Dəniz Neft Donanması, üçüncüsü “Bibiheybət” Gəmi Təmiri Zavodu olub. Futbol yarışında birinci yeri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, ikinci yeri “Bibiheybət” Gəmi Təmiri Zavodu, üçüncü yeri Xəzər Dəniz Neft Donanması tutub. Kəndirdartma yarışlarında  “Zığ” Gəmi Təmiri  və Tikintisi Zavodunun əməkdaşları qalib olub. İkinci və üçüncü yerdə müvafiq olaraq Xəzər Dəniz Neft Donanması və “Bibiheybət” Gəmi Təmiri Zavodunun komandası qərarlaşıb.

Spartakiadanın üçüncü günündə üzgüçülük və dama həvəskarları yarışıblar.

Üzgüçülük yarışlarında Xəzər Dəniz Neft Donanmasının komandası rəqibləri arasında fərqlənməyi bacarıb. Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu ilə  “Bibiheybət” Gəmi Təmiri Zavodunun komandası sonrakı yerləri bölüşüb.  Dama yarışlarına da eyni nəticə ilə yekun vurulub.

Qeyd edək ki, ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən spartakiadanın məqsədi dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onları asudə vaxtlarının səmərəli keçirilməsini təmin olunması, eləcə də ən yaxşı idman kollektivlərinin müəyyənləşdirilməsindən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır