Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

Damietta limanında gəmilərin doğranması zavodu tikiləcək

Misir Damietta limanında təkrar emal üçün gəmilərin doğranması zavodu tikir.

“Seanews.az” xəbər verir ki, bu barədə Misirin nəqliyyat naziri Kamel Əl-Vəzir bildirib. 

Təkrar emal üçün gəmilərin doğaranması zavodunda beş il ərzində 1,5 milyon ton qırıntı istehsal etməyi planlaşdırılır ki, bu da dəmir istehsalı üçün yerli bazarın tələb etdiyi ümumi qırıntının 66 faizinə bərabərdir.

16 milyon tonluq lisenziyaya baxmayaraq Misir hal-hazırda ildə təxminən səkkiz milyon ton dəmir istehsal edir, bunun səbəbi qismən yerli bazarda qırıntıların olmamasıdır. Hər il təxminən üç milyon tona yaxın metal qırıntısı idxal olunur, lakin gəmi emalı zavoduna daxil olacağı ilə əlaqədar bu rəqəmin aşağı düşəcəyi gözlənilir.

Zavod Damietta limanının qərbində 155 000 kvadratmetr ərazidə salınacaq. “Maritime Executive”-nin məlumatına görə, layihə həmçinin lillənmənin qarşısını almaq üçün 1,5 kilometr uzunluğunda dəniz səddinin tikintisini əhatə edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır