Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

“Xəzər” Yelkənli Qayıqlar İdman Klubu avarçəkmə yarışında uğurla iştirak edib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.

Ümumilikdə 9 komandanın iştirak etdiyi yarışda ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun direktoru Tatyana Srebnaya, klubun məşqçisi Janna Məmmədova və klubun təlimatçısı Mixail Protasov da iştirak edib.

Fərdi yarışda Janna Məmmədova II, Tatyana Srebnaya III yeri tutub. Komanda yarışında Janna Məmmədova və Mixail Protasov II yerə layiq görülüb.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır