Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

Xəzər dənizinin şimal-şərq hissəsinin səviyyəsi artıb

Xəzər dənizinin şimal-şərq hissəsinin səviyyəsi 2024-cü ilin əvvəlindən 119 santimetr artıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstanın Su Təsərrüfatı və İrriqasiya Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsinin artmasına əsas səbəb kimi aprel-may aylarında Jayk çayı boyunca sel sularının bol axması göstərilib. Jayk çayı ilə ümumilikdə 7,4 milyard kubmetrə yaxın sel suyu dənizə daxil olub.

Daşqın sularını daha səmərəli şəkildə dənizə yönəltmək üçün Atırau vilayətindəki Kazvodxoz filialı əlavə kanallardan istifadə edib. Onların vasitəsilə daha 350 milyon kubmetr su Xəzər dənizinə daxil olub.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır