Tunc dövrünə aid gəmi bərpa olunaraq suya salınıb - FOTO
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Tunc dövrünə aid 4 min illik gəmi bərpa edilərək dənizə buraxılıb.
"Seanews.az" xəbər verir ki, 2021-ci ildən həyata keçirilən bu layihənin müəllifləri Zayed Universiteti və Nyu York Universitetinin Əbu-Dabidəki şəhərciyindəki tədqiqatçılar olublar.
Alimlər "British Museum"də sərgilənən gil lövhədəki məlumat və tikinti texnikalarından istifadə edərək "Maqan" gəmisini yenidən dizayn ediblər.
127 kiloqram ağırlığa malik gəminin yelkəni keçi tükündən, gövdəsi isə 15 ton qamışdan hazırlanıb. Gəminin su keçirməməsi üçün heyvan yağlarından hazırlanmış qarışıqdan istifadə edilib.
Gəmini idarə edən kapitan Abdallah Alremaithi öz təəsüratlarını bölüşərək "sanki əvvəlki zamanda səyahət etdiyini" deyib.
Tədqiqatçılar gəminin Əbu-Dabidəki Zayed Milli Muzeyində sərgilənəcəyini bildiriblər.