“Qarabağ” Ro-Ro gəmisinin adı dəyişdirilərək “Mingəçevir” adlandırılıb
ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus Ro-Ro tipli “Qarabağ” gəmisi bundan sonra “Mingəçevir” adı ilə üzəcək.
Gəmi yenə də Xəzər dənizində Bakı-Türkmənbaşı-Bakı və Bakı-Kurık-Bakı xətlərində yük və sərnişin daşıyacaq.
Uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 knot olan gəminin tam yükgötürmə qabiliyyəti 5 985 tondur.
"Mingəçevir" hazırda Türkmənbaşıdan Bakı istiqamətinə doğru üzür.
Qeyd edək ki, Azərbaycan Bayrağı altında dünya sularında üzən "Aframax" tipli tankerlərdən biri məhz doğma Qarabağımızın şərəfinə adlandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır