ASCO əməkdaşları arasında stolüstü tennis turniri keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçirilib. Yarışda bütün strukturlardan olan stolüstü tennis həvəskarları qüvvələrini sınayıblar.
Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin idman zalında baş tutan mübarizədə I yeri Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Cavad Cavadov tutub. II və III yerə isə Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Vüqar Musayev və “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşı Elşən Kərəmov çıxıb.
Qaliblərə diplom və hədiyyələr verilib.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır