yaşındakı dəniz adamı görənləri çox təəccübləndirir –
Dəniz qızı deyildiyi zaman ağlımıza ilk olaraq Cizgi filmi qəhrəmanı Balaca Dəniz Qızı , ya da “Splash” filmindəki Darli Hannah gəlir. Uşaqlığından bəri böyük bir dəniz qızı heyranı olan Erik Montel bu sahədə yeni bir addır. Başqa sözlə, 24 yaşında olan Montel tam bir dəniz adamıdır. Erik ilk dəfə 2012-ci ildə quyruq taxıb. Montel özəl tədbirlərdə Rasta Merman Blix adıyla şoular da göstərir. O, artıq iki ildir bu işlə məşğul olur. Fərqli bir dəniz adamı olduğunu iddia edən Montel özü kimi görünən digər insanlara da xəyallarını gerçəkləşdirməyi tövsiyə edir. Dəniz adamı olmağın ona azadlığı, insanların nə düşündüyünə önəm verməməyi, bir okean kimi azad şəkildə həyatına davam etməyi öyrətdiyini düşünür. Erik Montel fərqli olmaq varkən sıradan və sıxıcı olmağı seçən insanları isə anlamadığını bildirir.