Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

zərin adalarında bioloji tədqiqatlar aparıl

Azərbaycanın 80 illik elmi tədqiqat tarixində ilk dəfə Xəzərin adalarında bioloji tədqiqatlar aparılacaq. Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. E.Yusifov bildirib ki, elmi tədqiqatlar AMEA-nın Zoologiya və Neft və Qaz İnstitutları tərəfindən aparılacaq. Tədqiqatlar zamanı Bakı və Abşeron yarımadasının arxipelaq adalarının torpaq əmələ gəlmə prosesi, vulkanizm, fauna və florası öyrəniləcək. Neft və Qaz İnstitutu adalarda torpaq əmələ gəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənəcək. Tədqiqatların Çilov, Kür dili, Xərə Zirə, Böyük Tava, Kiçik Tava, Gil adaları daxil olmaqla, ümumilikdə Xəzərdəki 9 adada aparılması nəzərdə tutulur. Bu adaların 80 faizinin vulkan mənşəli olduğunu xatırladan E.Yusifov əlavə edib ki, tədqiqatlar AMEA-nın daxili imkanları hesabına maliyyələşdiriləcək: “Bu layihə həyata keçirilərkən ilk dəfə  dron aparatından istifadə ediləcək. Dron aparatı ilə ərazinin monitorinqi aparılacaq, bitki aləmi, heyvan və quşların sayı öyrəniləcək. İndiyədək belə tədqiqat aparılmayıb. Bu ekspedisiya Azərbaycan Milli Elmlər Akademiyası tarixində böyük və tarixi hadisədir. Adaların fauna və florası indiyədək demək olar ki, heç vaxt öyrənilməyib”. E.Yusifov deyib ki, ekspedisiya 2 il müddətində aparılacaq. 12 nəfərlik ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar, geobotaniklər və s. daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır