Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

ADDA tələbəsi "Heydər Əliyev adına təqaüd"ə layiq görülüb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev ili” ilə əlaqədar təsis edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub.

Təqaüd alanlar sırasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının ingilis dili bölməsinin IV kurs tələbəsi Məhəmməd Cavadzadənin də adı var.

Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.

Qeyd edək ki, Məhəmməd Cavadzadə 2020/2021-ci tədris ili üzrə ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanında 674,5 bal tolayaraq ADDA-ya ən yüksək balla qəbul olub. O, bütün imtahan sessiyalarında daim uğurlu nəticə göstərib.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan təqaüdə layiq görülməsi münasibətilə Məhəmməd Cavadzadəni təbrik edir, ona gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.

Təqdim etdiyimiz videoda Məhəmməd Cavadzadə öz təssüratlarını bölüşüb və gələcək planları barədə danışıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır