Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

rəfli və çətin peşənin sahibləri – ARB24 TV-nin report

Dənizçilik peşəsi hamı üçün maraqlıdır. Amma bu peşənin çətin tərəfləri də var. Atasının dənizçi olduğunu və bu peşəyə həvəsinin elə buradan yarandığını deyən kapitan Şahverdi Allahverdiyev 15 ildən çoxdur ki, həyatını dənizlə bağlayıb. Dəniz cəsurları sevir deyən kapitan şərəfli və məsuliyyətli peşəsində səhv etmək şanslarının olmadığını bildirir. Təbii ki, kiçik istisnaları çıxmaq şərtilə… Kapitan:”Hər adam dənizdə işləyə bilməz. Səhv hər bir insanda olur. Biz də istisna deyilik. Amma səhvi gərək vaxtında aradan qaldırasan”. Kapitan Allahverdiyevin idarə etdiyi gəmi neftçilərin su və qida tələbatını ödəmək üçün həftə ərzində dəfələrlə dənizə açılır. Kapitan:”Bu gəmi təchizat yedək gəmisidir. Həm yedək işləri görür, həm də yükü neftçilərə çatdırır”.  “Peşkar kapitan istənilən vəziyyətdə çıxış yolu tapmalıdır” – deyir, təcrübəli dənizçi. Yedək gəmi kapitanı Namiq Heydərov isə açıq dənizə çıxmazdan öcə xəritə üzərində marşrut xəttinin müəyyənləşdirilməsinin incəliklərini açıqlayır. Ağırlığı tonlarla ölçülən gəmi onlarla kiçik düymə vasitəsi ilə idarə olunur. Gəmi nə qədər sükan vasitəsi ilə idarə olunsa da, əsas yük maşın şöbəsinin üzərinə düşür. Gəminin sahilə təhlükəsiz yanalması birbaşa mühərrikdən asılıdır.  Dənizçi məsliyyətli, cəsur və qorxmaz olmalıdır. Elə bizim qəhrəmanlar kimi…Qasırğa, külək, yağış demədən sularda üzən dənizçilərə öz dillərində desək, həmişə səmt küləyi diləyirik. Peşə bayramınız mübarək!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır