Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA-da “Heydər Əliyev ili” çərçivəsində  elmi seminar keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyevin təhsilin və elmin inkişafında rolu” mövzusunda elmi seminar keçirilib. 

“Tətbiqi mexanika” kafedrasının təşəbbüsü ilə təşkil olunan seminarda Akademiyanın professor-müəllim heyəti ilə yanaşı, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının nümayəndələri də iştirak ediblər. Belə tədbirlərin təşkilində əsas məqsəd Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə təhsilin və elmin inkişafı istiqamətində apardığı siyasəti elmi nöqteyi-nəzərdən təhlil edərək gənclərə aşılamaqdan ibarətdir.

Əvvəlcə Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi və elmi seminara dəvət olunan iştirakçılar Ulu öndər Heydər Əliyevin büstü önünə tər qızılgüllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Elmi seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin, Vətən müharibəsi Şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

ADDA-nın prorektoru Vüqar Sadıqov iştirakçıları salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Sonra “Tətbiqi mexanika” kafedrasının müdiri, Nyu-York elmlər akademiyasının həqiqi üzvü, professor Vaqif Həsənov Heydər Əliyevin elmin, mədəniyyətin və mənaviyyatın inkişafının əvəzedilməz vasitəsi olan təhsilə töhfələrindən, qayğısından, təhsil sisteminin ahəngdar inkişafı yolundakı xidmətlərindən söz açıb.

Texnika və filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü,  Əməkdar müəllim, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi, Milli Aerokosmik Agentliyin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru Elçin İsgəndərzadə milli kadrların yetişdirilməsində Ulu Öndər Heydər Əliyevin rolundan danışıb.

Avropa təhlükəsizlik və dayanıqlıq assosasiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor Vüqar Əliyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasına diqqət və qayğısından bəhs edib, Akademiyanın inkişafında onun xüsusi yeri olduğunu vurğulayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin «Mühəndis sistemlərinin və qurğularının tikintisi» kafedrasının müdiri, BMT-nin enerji səmərəliliyi üzrə eksperti, professor Nurməmməd Məmmədov Ulu öndərin Azərbaycanın inşaat sektoru ilə bağlı layihələrindən ətraflı söhbət açıb.  

Seminarın sonunda iştirakçılarla xatirə şəkli çəkilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır