Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

ABS nümayəndəsi ASCO əməkdaşlarına təlim keçib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində atılan addımlar çərçivəsində “Alternativ dəniz yanacağı” mövzusunda təlim keçirilib.  

Təlim Amerika Gəmiçilik Bürosunun (ABS) nümayəndəsi Ryan Salamati tərəfindən aparılıb.

Kurs çərçivəsində iştirakçılara dünyada həyata keçirilən dekarbonlaşdırma siyasətinin məqsədi və üstünlükləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, dekarbonlaşdırma yanacaq seçimləri ilə yanaşı, texnoloji irəliləyişlər və əməliyyat təkmilləşdirmələri kimi bir sıra məsələləri əhatə edir.

İki günlük təlim zamanı iştirakçılara donanma üçün üstün yanacaq növünün seçilməsinə dair müxtəlif həllər, aşağı karbonlu və karbonsuz gəmi yanacaqlarına keçiddə qısa, orta və uzunmüddətli perspektivdə nəzərdə tutulan müxtəlif tənzimləmələr izah edilib.

Təlim interaktiv formatda baş tutub. ASCO əməkdaşları mövzu ətrafında fikirlərini bölüşüb, həmçinin onların sualları cavablandırılıb.

Kursun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır