Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndələri Azərbaycan Dövlət Dəniz Akademiyasında olublar

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) kollektivi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) müəllim və tələbələri ilə görüşüb.

Görüşdə Agentliyin İdarə Heyəti sədrinin müşaviri Habil Abbasov təhsilin cəmiyyətin inkişafı və dövlət quruculuğunda mühüm rol oynayan proses olduğunu diqqətə çatdırıb. Habil Abbasov vurğulayıb ki, Dövlət Dəniz və Liman Agentliyinin müəyyən etdiyi strateji hədəflərdən biri də məhz güclü kadr potensialının formalaşdırılmasıdır. Bu baxımdan ADDA tələbələrindən gözləntilərimiz çoxdur.

ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov belə bir görüşün keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, bu günün tələbələri özlərini sabahın tələblərinə hazırlamalı, təhsil aldıqları sahə üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə, ölkəmizin gələcəyinə töhfə verməyə hazır olmalıdırlar.

DDLA-nın İnsan resursları departamentinin direktoru Nigar Rəhimova qurumun əldə etdiyi nailiyyətlərdən və karyera imkanlarından danışıb.  O, Agentlikdəki vakansiyalar və işə qəbul prosesi haqqında da məlumat verib.   

Çıxışlarda ADDA tələbələrinin beynəlxalq standartlara uyğun təhsil alması, tədris sistemindəki yeniliklər, maddi-texniki bazanın müasirləşdirilməsi istiqamətində görülən işlər müsbət qiymətləndirilib.

Sonda tələbələrin sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır