Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

ASCO-da qadın əməkdaşların iştirakı ilə maarifləndirici görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) qadın əməkdaşlar üçün BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”sına dair maarifləndirici tədbir keçirilib.

ASCO-nun Ekoloji Sosial İdarəetmə (ESG) Tədbirlər Planı çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunan tədbirdə gender bərabərliyi, qadın hüquqları, idarəetmədə qadınların təmsilçiliyi və işə qəbul prosesində ayrı-seçkiliyin aradan qaldırılması, ailə dəyərləri kimi mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirdə çıxış edən ASCO-nun Dayanıqlıq və emissiyaların idarəedilməsi üzrə direktorunun müavini Bəhriyyə Həsənova-Qasımova, Dövlət Komitəsinin Gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova və Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə Konvensiya barədə fikirlərini bölüşüb, həmçinin ölkəmizdə qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlik siyasət barədə ətraflı məlumat veriblər.

Görüş sual-cavab sessiyası ilə yekunlaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır