ADDA-da “Dəyirmi masa” keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planına uyğun olaraq “Dəyirmi masa” keçirilib.
Tədbir “Gəmi sürücülüyü” fakültəsinin “Humanitar fənlər” kafedrasının müəllim və tələbələrinin iştirakı ilə baş tutub.
“Humanitar fənlər” kafedrasının müdiri İlqar Abdullayev 11-24 noyabr 2024-cü il tarixində Azərbaycanda keçiriləcək “Tərəfdaşların konfransı” (COP-29) haqqında ətraflı çıxış edib.
Tədbirin sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.