Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-23,
Seanews
Heyder Eliyev

ADDA tələbələri ekoloji mövzuda maarifləndirilib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri üçün “COP 29” və “Dəniz ekosistemlərinin qorunmasında gənc dənizçilərin rolu”  mövzusunda “General Əsədov” gəmisində maarifləndirici tədbir keçirilib.

ADDA-nın dosenti Məhəmməd Rzayev tələbələrə geniş təqdimatla çıxış edərək,  dəniz ekologiyasına gəmilərin mənfi təsirlərin azaldılması məqsədilə Beynəlxalq Dəniz Təşkilatının qəbul etdiyi MARPOL Konvensiyası ilə tənzimlənən məqamlara toxunub. O bildirib ki, Konvensiyanın əsas məqsədi dənizdə ətraf mühitin mühafizəsini təmin etmək və çirkləndirici maddələrin gəmilərdən yayılmasının qarşısını almaqdır.

Tələbələrə bu ilin noyabrında Bakıda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında da geniş məlumat verilib.  Həmçinin “COP 29” çərçivəsində  ASCO-nun təşkil etdiyi “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” adlı panel iclasda müzakirə edilən məsələlər tələbələrin diqqətinə çatdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır