Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

TƏM qaydalarına həsr olunmuş təlim keçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsinə (SƏTƏM) həsr olunmuş təlim təşkil olunub. Təlimdə sağlamlıq, ətraf mühit və əməyin mühafizəsi texnikası qaydalarının önəmi vurğulanıb. Bu qaydalara riayət prinsipləri haqqında geniş məlumat verilib. Daha sonra iştirakçılara əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri izah olunub, eləcə də işə başlamazdan əvvəl  təlimatların alınması, iş müddətində baş verə biləcək hadisələrin öncədən müzakirəsi və daimi nəzarət məsələləri ətrafında söhbət aparılıb. Bildirilib ki, sənayedə SƏTƏM qaydalarına əməl olunması iş keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edən əsas amildir. Məşğələ interaktiv formada keçirilib, iştirakçıların fikirləri dinlənilib və sualları cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır