nəlxalq Konvensiyaya edilən düzəlişlər qüvvəyə m
“Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın (MARPOL 73/78) 6-cı Əlavəsinin 4-cü bölməsinə edilən dəyişikliklər 2018-ci il martın 1-dən qüvvəyə minib. Yeni tələblərə əsasən, ümumi tutumu 5000 ton və yuxarı olan gəmilər istifadə etdikləri hər növ yanacağa dair məlumatları toplamalı olacaqlar. Həmçinin yeni əlavələr Beynəlxalq Dəniz Təşkilatının “Gəmidə istifadə olunan yanacağa dair məlumat bazası”na daxil ediləcək məlumatları və müvafiq məlumatların gəmi tərəfindən təqdim edildikdən sonra veriləcək “Uyğunluq haqqında Şəhadətnamə”nin formasını özündə əks etdirir. Digər düzəlişlər isə sertifikat və Dövlət Liman Nəzarəti ilə bağlı yeni tələblərin təmin edilməsi ilə bağlıdır. “Neftlə Çirkləndirmənin Qarşısının Alınması haqqında Beynəlxalq Şəhadətnaməyə Əlavə”nin (Forma B) yenilənməsi üçün “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın (MARPOL 73/78) 1-ci Əlavəsinə təcrid edilmiş ballast tankları ilə əlaqədar düzəlişlər də qüvvəyə minib. Yeniliklər arasında dəniz mühitinə təhlükəli olan məhsullarla və “Zibillə Əməliyyat Jurnalı”nın forması ilə bağlı “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın (MARPOL 73/78) 5-ci Əlavəsinə edilən düzəlişlər də yer alıb. Qeyd edilən düzəlişlər dəniz mühiti üçün təhlükəli olan tökmə yüklərin təsnifatlaşdırılması üçün meyarları, eləcə də bu cür təsnifləşən və dənizə axıdılmayan tullantıların gəmi sahibi (və yaxudda gəmi) tərəfindən bildirilməsinin təmin edilməsini özündə ehtiva edir.