ADDA məzunu: Dənizçilik qürur duyulacaq peşədir
Azərbaycan Dövlət Dəniz Akademiyası ilə “Seanews.az” saytının “ADDA məzunu” layihəsi çərçivəsində növbəti qəhrəmanımız Emin Paşayevdir.
Emin Paşayev 2015-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiçilik və Gəmilərin Hərəkətinin İdarə Edilməsi” ixtisasını bitirib.
2016-cı ildə ASCO-da növbə matrosu kimi işə başlayıb.
2017-ci ildə kapitanın 3-cü köməkçisi kimi işləyib.
“Columbia Shipmanagement” LTD şirkətində 4 aylıq təcrübə keçib. Təcrübə zamanı Amerika və Avropa qitəsinin sularında üzüb.
Hazırda ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının xarici sularda üzən “Professor Əziz Əliyev” tankerində kapitanın növbə köməkçisi vəzifəsində çalışır.
Emin Paşayev deyir ki, dənizçilik qürur duyulacaq peşədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır