ADDA-da Beynəlxalq elmi-texniki konfrans keçiriləcək
Noyabrın 17-18-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrası “ Elektroenergetikanın müasir problemləri və inkişaf perspektivləri" mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçirəcək.
İki gün davam edəcək Beynəlxalq elmi-texniki konfransda “Yaşıl energetika və regenerativ enerji texnologiyaları” və “Gəmilərin elektrik avadanlığı və avtomatikası” bölmələri üzrə müzakirələr aparılacaq.
Konfransda yerli universitetlər və təşkilatlarla yanaşı, bir sıra ölkələrdən (Rusiya, Türkiyə, Ukrayna, Polşa, Gürcüstan və s.) alimlərin iştirakı gözlənilir. Təqdim olunan məqalələr konfransın toplusuna daxil ediləcək. Müvafiq qaydalara uyğun olaraq seçilmiş elmi məqalələr "Scopus" bazasında dərc olunacaq.
Konfrans materiallarını oktyabrın 25-dək adda.conference.2022@gmail.com elektron poçt ünvanına göndərmək olar.