Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-20,
Seanews
Heyder Eliyev

Ömrünün 45 ildən çoxunu gəmiçilik sahəsinə həsr edən Ərrəhman Tağıyev 65 illik yubileyini qeyd edir

Ömrünün 45 ildən çoxunu gəmiçiliyə, peşəkar dənizçi kadrların yetişdirilməsinə həsr edən Ərrəhman Tağıyev 65 illik yubileyini qeyd edir.

Ərrəhman Saday oğlu Tağıyev 1958-ci ilin aprelin 1-də Ağdam rayonunun Gülablı kəndində anadan olub.

O, 1974-1978-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinin “Gəmi güc qurğularının istismarı” fakültəsində təhsil alıb.

1978-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin  “Şamaxı” quru yük gəmisində motorçu olaraq əmək fəaliyyətinə başlayıb. Qısa müddətdə baş mexanikliyə qədər yüksəlib.

Təcrübəli dənizçi 2016-cı ildən indiyədək ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində təlimatçı vəzifəsində çalışır.

Ərrəhman Tağıyev 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır