Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

əkar, məsuliyyətli, tələbkar və qayğıkeş dəni

Aydın Əsədulla oğlu Bədirxanov 1935-ci il martın 8-də Astara şəhərində anadan olub. Orta təhsilini doğma şəhərində alan Aydın Bədirxanov 1954-cü ildə Bakıya gələrək, Sabunçu qəsəbəsindəki  1 №-li  texniki məktəbə daxil olub. 1956-cı ildə həmin məktəbi “gəmi sürücüsü” ixtisası üzrə bitirərək, Azərbaycan SSR Neft Sənayesi Nazirliyi nəzdində fəaliyyət göstərən “Xəzərdənizneftdonanma”nın “İliç buxtası” dəniz nəqliyyatı kontoruna məxsus “M. Əliyev” gəmisində matros kimi işə başlayıb. Çalışqanlığı ilə seçilən gənc bir il sonra kiçik katerə kapitanın böyük köməkçisi, üç il sonra isə kapitan təyin edilib. Rəhbərlik gənc dənizçinin bacarıq və öyrənmək həvəsini görüb, ona istehsalatdan ayrılmadan təhsilini davam etdirməyə imkan yaradıb.  Aydın Bədirxanov 1958-ci ildə Odessa Su Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olub və 1964-cü ildə “Su nəqliyyatının istismarı” fakültəsini “istismarçı mühəndis” ixtisası üzrə bitirib. Ali təhsilli mütəxəssis 1964-1966-cı illərdə mühəndis-dispetçer, 1966-1976-cı illərdə isə Bulla adasının istismar sahəsində rəis – böyük mühəndis vəzifələrində çalışıb. Məsuliyyəti və özünə tələbkarlığı  ilə seçilən Aydın Bədirxanov 1976-cı ilin martında “Xəzərdənizneftdonanma”ya məxsus Dəniz Neft Limanına, dörd il  sonra  isə Cənub rayon idarəsinə rəis təyin edilib. Məsul vəzifələrdə püxtələşən A. Bədirxanova 1985-1987-ci illərdə və 1996-cı ildə “Xəzərdənizneftdonanma” İdarəsinə rəhbərlik etmək həvalə olunub. Peşəkarlığı, tələbkarlığı ilə bərabər, həm də diqqət və qayğısı ilə kollektivdə böyük nüfuz qazanıb. Bədirxanov 1996-1998-ci illərdə Cənub rayon idarəsinin rəis müavini işləyib. Vicdanlı və qüsursuz fəaliyyəti yüksək qiymətləndirilən A. Bədirxanov 1970-ci ildə “Əmək rəşadətinə görə”, 1985-ci ildə “Əmək veteranı” medalları və 1986-cı ildə “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib.  Aydın Bədirxanov 1998-ci il mayın 15-də 63 yaşında dünyasını dəyişib. Sevda ABDULLAYEVA İctimaiyyətlə Əlaqələr Departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır