Ekoloji hərəkatın fəalları Keyptaun limanında Rusiya gəmisini etirazla qarşılyıblar
Antarktidada neft və təbii qaz kəşfiyyatı ilə məşğul olan "Akademik Aleksandr Karpinski" gəmisi Keyptaun limanına yan alıb.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, etiraz aksiyasında “Extinction Rebellion” ekoloji hərəkatının fəalları iştirak ediblər.
1999-cu ildə Antarktikanın Ətraf Mühitinin Mühafizəsi üzrə saziş Rusiya və Cənubi Afrika da daxil olmaqla 55 ölkə tərəfindən imzalanıb. Sazişə görə, bu bölgədə faydalı qazıntıların kəşfiyyatı və çıxarılması qadağan edilsə də, elmi-geoloji və geofiziki tədqiqatların aparılması yasaq deyil.
Xatırladaq ki, “Akademik Aleksandr Karpinski” gəmisi Antarktida şelfinin neft və qaz hasilatı perspektivlərini qiymətləndirmək üçün 2022-ci ilin iyununda Antarktidaya 68-ci elmi ekspedisiyaya yola düşüb.