Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

Misir öz liman infrastrukturunu ardıcıl inkişaf etdirir

“Hutchison Ports”, “CMA CGM” və “COSCO Shipping Ports Limited” və “Mediterranean Shipping Company” (“MSC”) şirkətləri arasında müqavilələr imzalanıb.

“Seanews.az” xəbər verir ki,  “Hutchison Ports”, “CMA CGM” və “COSCO Shipping” Qırmızı dənizdəki Sohna limanında yeni terminalın tikintisinə başlayıb, “MSC” isə Aralıq dənizində İsgəndəriyyə yaxınlığındakı Dekheildə terminal tikmək üçün “Hutchison” ilə əməkdaşlıq edəcək.  Limanların inkişafına investisiyalar 700 milyon dollar təşkil edəcək.

Tikinti başa çatdıqdan sonra Sohna limanının yük ötürmə qabiliyyəti 1,7 milyon TEU-ya çatacaq.

Sohna limanı Misirin ən böyük limanlarından biridir, Qahirədən təxminən 120 km şərqdə, Süveyş kanalına girişin cənubunda yerləşir.

İqtisadi zonanın inkişafı Sohna limanının Qırmızı dəniz regionunda rəqabət qabiliyyətinin artmasına kömək edəcək və onun bütün Afrikada mühüm logistika mərkəzinə çevrilməsinə imkan verəcək.

Misir öz liman infrastrukturunu ardıcıl inkişaf etdirir. “Hutchison Ports” şirkətinin Misirdəki ümumi investisiyası 1,6 milyard dollara yaxındır.

Misirin nəqliyyat naziri Kamel Əl-Vəzirin sözlərinə görə, bu iki layihə Qırmızı dənizlə Aralıq dənizi arasında konteyner əlaqəsinin yaradılmasında mühüm mərhələ olacaq, iki limanın dəmir yolu ilə birləşdirilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır